Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəmanəni qabaqlayan fenomen şəxsiyyət

0

  •       Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır. Bizim borcumuz isə bu müstəqilliyi, əldə etdiyimiz milli azadlığı, dövlətçilik ənənələrini qoruyub saxlamaqdır.Bu müstəqilliyin banisi, demokratik, hüquqi dövlətin yaradıcısı, tariximizin dirçəliş konsepsiyasının müəllifi, milli dövlətçilik ənənələrinin memarı, milli neft strategiyasının banisi, tarix yaradan lider, qurtuluşdan başlayan dinamik inkişaf yolunun ilk yolçusu və nəinki bu gün, dünya durduqca kiçikdən - böyüyə hər bir azərbaycanlının qəlbinin fatehi dahi rəhbər Heydər Əliyev…Əslində, Heydər Əliyevlə bağlı hər bir mövzu nə qədər əzizdirsə, nə qədər doğmadırsa, o qədər də məsuliyyətlidir. Çünki Azərbaycanda elə bir sahə yoxdur ki, onun misilsiz xidmətləri olmasın. Eyni zamanda, onunla bağlı, hətta ən kiçik məsələ də böyükdür, çox əhəmiyyətlidir və qiymətlidir. Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir. Vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir.Ulu öndər Heydər Əliyev zamanla ölçülməyən bir ömür yaşadı. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır. Onun müdrik siyasəti, siyasi kursu nəticəsində Azərbaycan öz müstəqillik sütunlarını möhkəmlətdi. Qısa zaman kəsiyində ölkənin həyatında dönüş yaradan islahatları xalqın sosial - mədəni həyatının mahiyyətinə zənginlik, ümumbəşərlik gətirdi. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında azərbaycançılıq ənənələri dayanırdı.Ümummilli liderə layiq olduğu qiyməti vermək, onun vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri və fədakarlıqları obyektiv dəyərləndirmək olduqca məsuliyyətlidir. Hər bir azərbaycanlı üçün əziz olan ulu öndərin “Heydər Əliyev ili” ərəfəsində bu böyük dühanın Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə nəzər yetirməklə, həm də bu böyük şəxsiyyətin xatirəsinə öz ehtiramımızı ifadə etmiş oluruq.Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən başlıca amillərdən biri onun istənilən siyasi şəraitdə xalqın, dövlətin problemlərinə biganə qalmamasıdır. Xalqımızın dahi oğlunun sovet dövründə Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı. Və bu potensial müstəqillik bərpa ediləndən sonra ölkəmizin başlıca dayaqlarını təşkil etdi. Belə ki, ötən əsrin 70-ci illlərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial - mədəni həyatın canlandırılmasına və milli - mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin yaratmışdır. Elə bir bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, yeni tarixinin əsasının qoyulması labüd idi. Tarixi gedişatın nəticəsi olaraq XX əsrin 90-cı illərində müstəqil Azərbaycan yaratmaq missiyasını da ulu öndər Heydər Əliyev layiqincə yerinə yetirdi. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra yaşamağa məhkum olduğu böhran və tənəzzül günlərində məhz Heydər Əliyev dühasının sayəsində xilas oldu, azadlığa qovuşdu. Hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən kardinal islahatlar ulu öndər Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı ən böyük xidmətlərindəndir. Qısa müddət ərzində güclü hüquqi dövlət quruculuğu istiqamətində milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan hüquqi islahatlar həyata keçirildi.Beləliklə, ümummili lider Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan öz gücünə arxayın olan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli bir regional amildir.Bir sözlə, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq, onun nurlu ideyaları hər zaman yolumuza işıq salacaqdır.Sevda Məmmədova, Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib79 dəfə
    Zəmanəni qabaqlayan fenomen şəxsiyyət

    Maraqlı gələ bilər
    44
    0